ŞOK HÜCUM: PUA-larla yanacaq daşıyan gəmilər bombalandı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi sahillərində yanacaq daşıyan 3 tankerdə partlayış baş verib.

Metbuat.az Röyters agentliyinə istinadən xəbər verir ki, partlayışdan sonra güclü yanğın başlayıb. 3 nəfərin öldüyü, 6 nəfərin isə yaralandığı bildirilir. Polisin ehtimalına görə, tankerlər PUA-larla vurulub. Musaffa və Əbu-Dabi Beynəlxalq hava limanı ətrafında dron hissələrinin tapılması da bu ehtimalı gücləndirir. Hadisələrə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Hadisədən sonra Əbu-Dabidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Lakin hadisə ərəfəsində Yəməndəki Husi üsyançıların Birləşmiş Ərəb Əmirliklərinə hücum təşkil etdiklərini açıqlayıb. Onlar hücumun detalları barədə məlumat verməyiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR