Kriptovalyuta “sehri” insanları necə OVSUNLAYIR? -

"Bu gün kriptovalyuta “şar”ları 2 trilyon dollara qədər şişib, amma bir gün partlayacaq. Udanlar ən sonda sata bilənlər, uduzanlar isə son məqamda hələ də oynayanlar olacaq".

Metbuat.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib. O deyir ki, insanları kriptovalyutanın gələcəyinə əsas 3 yanlış səbəb inandırır.

Birincisi,insanların beyninə “Kriptovalyutanın arxasında mayninq kimi dəyər yaradan proses durur” kimi bir absurt fikrin yeridilməsi, ikincisi bəzi yerlərdə (bank və digər alış-verişdə) kriptovalyuta ilə ödənişlərin qəbul edilməsi, üçüncüsü isə tanınmış insanların (milyarderlərin) kriptovalyutalara investisiya etməsi səbəbidir.


"Mayninq ciddi xərc tələb edən proses olsa da bunun yaratdığı dəyər yoxdur. Yüksək texnalogiya və boşuna enerji sərfiyatının xərclənməsi hələ dəyərin yaradılması deyil. Bu sadəcə komedik təəssuratdır. Bəli, bəzi banklarda və ödəniş yerlərində kriptovalyutalardan ödəniş kimi istifadə edilməsinə də rast gəlinir. Bunu xüsusi avantaj kimi qiymətləndirmək böyük yanlışlıqdır. Dövriyyəsini artırmaq istəyən bank və ya digər subyektlər bunu düşünərək edirlər. Bu yolla onlar həm dövriyyəni (alış-veriş həcmini) artırır, həm də heç vaxt olmadığı kimi reklam olunur. Sonra da insanlardan qəbul etdiyi kriptovalyutanın konvertasiya edirlər. Yəni bunu edən banklar və digər şirkətlər hər dəqiqliyi hesablayır və təhlükəsiz xidmət diferensasiyası ilə risksləri idarə edir. Yanlış inam yaradan üçüncü səbəb isə tanınmış milyarderlərin kriptovalyutaya investisiya qoymasıdır. Onlar ağılsız deyillər, bilirlər ki, yarım milyard xərcləməklə kriptovalyutaya insanların inamı artıracaqdır. Beləcə insanlar cibində olan 1500 dollardan 1000 dollarını kriptovalyutaya xərcləyir. Həmin milyarder öz vəsaitinin 0.5%-ni xərcləməklə sadə insanlara vəsaitlərinin 66 faizini xərclətməyi bacardı və kriptovalyutaya tələbi artıra bildi, nəticədə kreptovalyuta əvvəlki dəyərindən 3 dəfə bahalaşdı. Bu zaman yarım milyard qoyan milyarder kriptovalyutasını sataraq, 1.5 milyard qazandı".

İqtisadçının sözlərinə görə ortada bir “xəyal məhsulu” var. Dəyəri sadəcə “inam”dan ibarətdir. Hələki dünyanın söz sahibləri üçün bu əlverişli alət olduğu üçün dövriyyəsi davam edir. İnsanlar “sabun köpüyü”nə 2 trilyon dollardan çox xərcləməsi həm də dünyanı idarə 3-5 nəfərə bu sərf edir.

"Qeyd edim ki, təkcə bu oyundan qazanan həmin 3-5 nəfər deyil. Orta ranqlı insanlar, hətta dövlətlər də yararlanır. Məsələn, dünən Salvador prezidenti bitkoini dövlətin rəsmi valyutasına çevirməyə qərar verib. Bu ölkə Şimali Amerikada yerləşir, əhalisi 7 milyondur. Qvatemalaya və Hondurasın qonşusudur. Adambaşına düşən nominal ÜDM-ə görə dünyada 146-ci yerdir. Ən bərbadı isə onun öz milli valyutası belə yoxdur. Bir sözlə ölkə “kripto şarları”ndan xilas yolu kimi istifadə etməyə qərar verib".

Aidə Fərzəliyeva / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR