Dünya bazarında neftin qiyməti fərqli dinamika üzrə dəyişir.
Metbuat.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri 0.05% azalaraq 1 barelə görə 88.40 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0.15% artaraq 87,09dollar təşkil edib.