x
Loading...

İran təyyarəsi ilk dəfə Füzuli Beynəlxalq Hava Limanına eniş edib

İrandan Füzuli Beynəlxalq Hava Limanına ilk təyyarə reysi həyata keçirilib.

Metbuat.az xəbər verir ki, İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin rəhbərlik etdiyi nümayəndə heyətini daşıyan avialayner Füzulidə eniş edib.

Nümayəndə heyətini Azərbaycan Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər qarşılayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR