"Pfizer" Omicrona qarşı peyvəndin klinik sınaqlarına başlayır

"Pfizer"-"BioNTech" COVID-19-un Omicron ştamına qarşı hazırladığı peyvəndin klinik sınaqlarına başlayır.

Metbuat.az APA-ya istinadla bildirir ki, Klinik sınaqlarda 18-55 yaş arası 1420-yə qədər sağlam şəxs iştirak edəcək. Tədqiqat nəticəsində peyvəndin təhlükəsizliyi, davamlılığı və immun reaksiya səviyyəsi öyrəniləcək.

Tədqiqat üç qrupa bölünür:

Birinci qurupdakı iştirakçılar tədqiqatdan ən azı 90-180 gün əvvəl hazırkı "Pfizer" COVID-19 peyvəndinin iki dozasını qəbul etmiş şəxslərdir. Onlara Omicron ştamına qarşı hazırlanmış spesifik peyvəndin bir və ya iki dozası vurulacaq.

İkinci qurupdakı iştirakçılar tədqiqatdan ən azı 90-180 gün əvvəl hazırkı "Pfizer" peyvəndinin üç dozasını qəbul ediblər. Onlara cari "Pfizer" peyvəndin və ya Omicron ştamına qarşı peyvəndin bir dozası vurulacaq.

Üçüncü qurup iştirakçılar COVID-19 peyvəndi vurdurmayıblar. Onlar Omicron ştamına qarşı peyvəndin üç dozasını alacaqlar.
Yeni ştama qarşı peyvənd 30 mikroqramlıq dozada (hazırkı peyvəndlə eyni doza) əzələyə inyeksiya olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR