Boks üzrə Azərbaycanın əməkdar məşqçisi, SSR-i İdman Ustası Mahir Hüseynov koronavirus infeksiyasından dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki , M.Hüseynov bir müddət öncə yerləşdirildiyi tibb müəssisəsində bu gün həyatını itirib.

Məlumat üçün bildirək ki, Mahir Hüseynov Gəncə boks məktəbini yaradan şəxslərdən biri kimi tanınıb.

Mərhum neçə-neçə dünya, avropa və Azərbaycan çempionu yetişdirib.

Allah rəhmət eləsin!

Azərbaycanda əməkdar məşqçi koronavirsudan dünyasını dəyişdi -