Ötən il hotellərdə qalanların yarısı Bakını seçib

2021-ci ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 1787,0 min olub.

Metbuat.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, 2020-ci illə müqayisədə 78,7 faiz artım deməkdir.

Gecələmələrin 48,7 faizi Bakıda, 7,9 faizi Qəbələdə, 6,7 faizi Xaçmazda, 5,9 faizi Qubada, 5,8 faizi Şabranda, 4,2 faizi Lənkəranda, 3,9 faizi Qusarda, 2,7 faizi Naftalanda, 2,2 faizi Naxçıvan Muxtar Respublikasında, 1,6 faizi Şamaxıda, 1,5 faizi Qaxda, 1,1 faizi Masallıda, 1,0 faizi Mingəçevirdə və 6,8 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2020-ci illə müqayisədə 2,4 dəfə artaraq 1372,8 min olub ki, bu da ümumi gecələmələrin 76,8 faizini təşkil edib.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2020-ci illə müqayisədə 0,6 faiz azalaraq 414,2 min olmuşdur ki, bu da ümumi gecələmələrin 23,2 faizini təşkil edir. Gecələmələrin 15,5 faizi Türkiyə, 11,0 faizi Rusiya Federasiyası, 9,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,1 faizi Böyük Britaniya, 3,8 faizi İsrail, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi ABŞ, 2,8 faizi İtaliya, 2,7 faizi Almaniya, 2,0 faizi Qətər, 1,9 faizi Hindistan, 1,5 faizi Ukrayna, 1,4 faizi Niderland, 1,2 faizi Qazaxıstan, 1,2 faizi İran,1,1 faizi Belarus, 1,1 faizi Küveyt, 1,0 faizi Gürcüstan, 1,0 faizi Fransa, 26,6 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,1 faizi Bakıda, 6,6 faizi Qəbələdə, 3,0 faizi Qusarda, 2,6 faizi Qubada, 1,9 faizi Naftalanda, 1,7 faizi Naxçıvan Muxtar Respublikasında, 1,6 faizi Şabranda, 1,5 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

2021-ci ildə mehmanxanaların gəlirləri 2020-ci illə müqayisədə 79,1 faiz artaraq 209,2 milyon manat olmuşdur ki, onun da 59,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9 faizi ictimai iaşə xidmətlərindən, 2,5 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. .

2021-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə 11,2 faiz səviyyəsində olub (2020-ci ildə 6,5 faiz). Bu göstərici Şabranda 82,2 faiz, Beyləqanda 25,5 faiz, Qubada 22,2 faiz, Naftalanda 21,0 faiz, Lənkəranda 19,1 faiz, Qəbələdə 16,2 faiz, Bakıda 14,2 faiz, Ağcabədidə 14,0 faiz, Bərdədə 13,0 faiz, Göyçayda 12,9 faiz, Cəlilabadda 12,7 faiz, Sabirabadda 12,0 faiz, Şəmkirdə 11,7 faiz, Şamaxıda 11,2 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı