Xəzərdə qanunsuz balıq ovu edən şəxslərə cinayət işi açılıb

Xəzər dənizində qanunsuz balıq ovu edən şəxslərə cinayət işi açılıb.

Bu barədə Metbuat.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırmalar zamanı Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilən balıq və digər su bioresurslarının Xəzər dənizində qanunsuz ovunu edən şəxslərin idarə etdikləri üzmə vasitəsində nərə balıqları aşkar olunduğuna görə 7 nəfər şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti səlahiyyətli quruma göndərilib.

Eyni zamanda Xəzər dənizində qanunsuz balıq ovu edən şəxslərə məxsus özüyeriyən motorlu üzmə vasitəsilərində dəyəri 1 760 və 6 820 manat təşkil edən nərə balıqların aşkar edilməsi faktına görə 2 cinayət işi başlanılaraq aidiyyəti üzrə daxili işlər orqanlarının istintaq qurumlarına göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR