Baydenə sui-qəsd hazırlayan şəxs saxlanıldı

ABŞ Prezidenti Cozef Baydenə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Metbuat.az xəbər verir ki, saxlanılan Skott Merriman ifadəsində Tanrının ona bu tapşırığı verdiyini deyib: “O, mənə millətin ürəyinə və beyninə girmiş bu amansız ilanın başını kəsməyi əmr edib".

Qeyd edək ki, S.Merriman Kanzas şəhərindən Meriləndə gedərkən bir restoranın yanında saxlanılıb. Üzərində bir neçə jurnal və hədəfləri müşahidə etmək üçün optik durbin aşkar edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR