Kim Çen In dünyaya gücünü nümayiş etdirir - Pxenyan yeddinci raket sınağını həyata keçirdi / FOTO

Şimali Koreya kosmosdan raket atıb.

Metbuat.az xəbər verir ki, bunun sübutu olaraq Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yanvarın 30-da raket buraxılışı zamanı kosmosdan çəkilmiş fotoları yayımlayıb.

Hər iki şəkildə raketin buraxılış anları nümayiş edilir. Həmçinin raketin döyüş başlığına quraşdırılmış kameradan uçuş zamanı çəkilmiş iki fotoşəkil də dərc olunub. O fotolarda isə Koreya yarımadasının bir hissəsi və ətraf ərazilər əks olunub.

Hərbi analitiklər KXDR-in raket buraxılışlarında xüsusi mesaj olduğu fikrindədirlər. Ekspertlərin fikrincə, 2022-ci ilin ilk dörd həftəsi ərzində həyata keçirilən yeddi raket buraxılışı ölkə lideri Kim Çen Inın dünya ictimaiyyətinə Pxenyanın güc və təsir uğrunda mübarizədə oyunçu olaraq qaldığını nümayiş etdirməyə çalışdığını göstərir.

Bundan əvvəl Şimali Koreya sürəti olan ballistik raketin buraxılışını təsdiqləyib . Söhbət KXDR hakimiyyətinin 2017-ci ildə də sınaqdan keçirdiyi “Hwasong-12” raketindən gedir. O, 2000 kilometr yüksəklikdə təxminən 800 kilometr uçmuşdu və raketin sürəti səs sürətini 16 dəfə üstələyirdi. Qeyd edək ki, yanvarın 30-da atılan raket Şimali Koreyanın bu il yeddinci silah sınağıdır.

КНДР показала запуск ракеты из космоса: Политика: Мир: Lenta.ru

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR