Bakı, 30 may, AZƏRTAC
İki gündür ki, Bakıda dünya əhəmiyyətli “Future Shorts” qısametrajlı film festivalının yeni yaz mövsümü toplusuna baxış keçirilir.
AZƏRTAC xəbər verir ki, festival 90 ölkə, 300 şəhər, 6 qitəni əhatə edərək 1 il ərzində dünya üzrə 1400 baxış təklif edir. Mövcud olduğu 10 il ərzində festival Finlandiyadan tutmuş Meksikaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanıb.
Festival dünya ölkələrində peşəkarlara və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır. “Future Shorts” festivalının yaz mövsümü toplusu özündə 7 filmi birləşdirir.
“Future Shorts” qısametrajlı film festivalı YARAT Müasir İncəsənət Mərkəzində nümayiş olunur.