"Qarabağ"ın futbolçusu "Zirə"yə keçib

"Qarabağ"ın futbolçusu Rahil Məmmədov "Zirə"yə keçib.

Metbuat.az xəbər verir ki, 27 yaşlı müdafiəçi cari mövsümün sonunadək paytaxt təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Rahil Məmmədov 2018-ci ildən Ağdam klubunda çıxış edir. O, daha əvvəl "Neftçi" və "Səbail" komandalarının şərəfini qoruyub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR