Şimali Koreya paytaxt Pxenyanda hərbi parad keçirməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, parad hazırki lider Kim Çen Inın mərhum atasının doğum günü ilə bağlıdır. Məlumata görə, Şimali Koreya təntənəli paradda yeni silahlar nümayiş etdirəcək.

Qeyd edək ki, Şimali Koreya ölkə liderləri ilə bağlı önəmli günləri və bayramları hərbi parad keçirməklə qeyd edir.