Əməkdar artist Nüşabə Ələsgərli ATV kanalında yayımlanan "Şirin çay" verilişində qonaq olub.
Milli.Az atv.az-a istinadən bildirir ki, Nüşabə Ələsgərli bəzi atalar sözlərini qəbul etmədiyini bildirib: Valideynlərə görə uşağı qiymətləndirməyin. Elə sərxoş kişinin ağıllı qızı olur ki... "Anasına bax, qızını al" məsəlini başqalarının arvadında gözü olan atalar deyib. Mən razılaşmıram".
İfaçı "oğluma müğənni qız alamaram" fikrinə də münasibət bildirib:
"Elnarə xanıma hörmətim var. Amma o fikirlə razılaşmıram ki, müğənni qızla evlənmək olmaz və ya oğluma müğənni qız almaram. Niyə ki? Nə olub ki müğənnilərə?"
Milli.Az