Türkiyənin Təkirdağ vilayətində 32 yaşlı müəllimin 16 yaşlı qıza qarşı xoşagəlməz əməlləri üzə çıxıb.
Metbuat.az xəbər verir ki, iddialara görə, müəllim şagirdinə uyğunsuz mesajlar ünvanlayıb. Mesajlardan narahat olan yeniyetmə məsələni ailəsinə danışıb. Ardınca müəllim barəsində polisə şikayət edilib. Müəllim işdən uzaqlaşdırılıb. Polis nəzarətə götürülən müəllim barəsində araşdırma aparılır.