Hökumət binaları bombalana bilər: "Dərhal tərk edin" -

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmən hökumətinə çağırış edib.

Metbuat.az xəbər verir ki, çağırışda paytaxt Sanadakı hökumət binalarının boşaldılması tələb olunub. Bildirilib ki, Husi üsyançılarının paytaxtda hökumət və dövlət binanlarına hücum etmək planları var. Xəbərdarlıqda qeyd edilir ki, binadakı mülki vətəndaşlar dərhal ərazini tərk etməlidirlər.

Qeyd edək ki, son vaxtlar Husi üsyançıları Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə və Yəməndəki ordunun mövqelərinə intensiv hücumlar təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR