Ötən gün müğənni Rəqsanə İsmayılova və iş adamı Fazil Əmiraslanov evliliklərinin 10-cu ilini qeyd ediblər.
Metbuat.az bildirir ki, bu barədə müğənni şəxsi "Instagram" hesabında paylaşım edib. O, həyat yoldaşından böyük gül dəstəsi aldığı görüntülərin olduğu videonun altına bu sözləri yazıb:
“Bu gün bizim evliliyimizin on ilidir. Sənə bir etiraf edim. Səninlə evli olduğum müddətdə bir dəfə peşman olmuşam. O da səninlə gec evləndiyim üçün. Yaxşı ki, varsan”.
Xatırladaq ki, cütlüyün bu evlilikdən iki övladı var.