"Artıq qazla bağlı limiti keçənlər var, danışdığımız sanki divarlar üçündür" -

"Biz burada bir çox məsələ barədə danışırıq. Lakin bizim danışdığımız sanki divarlar üçündür".

Metbuat.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı “Qaz təchizatı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, cərimələr əhalinin maaş səviyyəsinə uyğunlaşdırılmalıdır:

"Bunu müzakirə etməliyik. Cərimə məsələsi Azərbaycanda artıq ciddi problemə çevrilib. Milli Məclis ölkədə ali qanunverici orqandır. Biz burada bir çox məsələ barədə danışırıq. Lakin bizim danışdığımız sanki divarlar üçündür. Bura göndərilən layihə ilə bağlı təklifi verən qurumlardan bizim danışdıqlarımıza reaksiya yoxdur. Bu iş metodunu mən anlaya bilmirəm. Bu təkliflər necə çatır o qurumlara? Cərimələr əhalinin maaş səviyyəsinə uyğunlaşdırmalıdır. 300-400 manat maaş alan bir adam 400 manat cəriməni neçə aya verə bilər? Onu verəndə necə dolana bilər? Cərimələr hər maaşa görə müəyyən edilməlidir".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR