Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu artıb

Bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 4,062 mlrd. ABŞ dolları təşkil edib. Bu, illik ifadədə 68,4% çoxdur.

Metbuat.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, yanvar ayında ixrac 3,087 mlrd. dollar, idxal isə 974,865 mln. dollar təşkil edib. İllik müqayisəd ixrac 90,1%, idxal isə 23,8% artıb.

Nəticədə, hesabat dövründə 2,112 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 2,5 dəfə çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR