Bu şəxslərin "omikron"a yoluxma riski yüksəkdir

Dünyanın qabaqcıl tibb jurnallarından "The New England Journal of Medicine"də dərc edilən araşdırmada bildirilib ki, COVID-19-a yoluxanlarda yaranan immun reaksiyanın "omikron" variantına qarşı effektiv qoruyuculuğu yoxdur.

Metbuat.az xəbər verir ki, bu insanların "omikron" variantına yoluxma riskinin güclü olduğu deyilir.

Qətərdə COVID-19 xəstələri üzərində aparılan araşdırmada məlum olub ki, bu insanların immuniteti "omikron" variantına qarşı 56% qoruyuculuq təmin edir.

Digər tərəfdən, COVID-19 keçirən insanların "alfa" variantına qarşı qoruyuculuğunun 90,2%, "beta" variantına qarşı 85,7%, "delta" variantına qarşı isə 92% olduğu qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR