"Qan tökəcək bu çılğınlıq" - Dünyadan Putinin qərarına reakiya

Rusiya prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk respublikalarını tanımaq barədə qərarı dünya mətbuatı tərəfindən yaxından izlənilir.

Metbuat.az dünyanın nüfuzlu agentliklərinin məsələyə reaksiyasını təqdim edir:

“Washington post” yazır ki, Putin hərbi birliklərin bölgəyə girməsini əmr edib. Qəzet dünya liderlərinin Putini beynəlxalq hüququ pozmaqda ittiham etdiyini xatırladaraq, Rusiyanın sanksiyalarla təhdid edildiyini vurğulayıb.

“CNN İnternational” isə yazır ki, Putin Ukraynanın şərqində keçmiş oyun kitabını yenidən vərəqləyir. Müəllif iddia edir ki, Putin qərarı ilə irimiqyaslı müharibə vəziyyəti yaradıb.

“Financial Times” qəzeti qeyd edir ki, Putin sərhədləri yenidən cızmağa başlayıb. Müəllif 20 ildir hakimiyyətdə olan Putinin Kiyevi Moskvanın təsiri altına salmaq istədiyini irəli sürüb.

“Daily Mail”in məlumatına görə, Putin müharibə qərarını verib. “Putin qan töküləcək dedi və müharibənin yolunu açdı” - deyə müəllif qeyd edir.

“The Guardian” qəzeti Putinin Rusiyanın Ukraynaya müdaxilə etməsi üçün şərtləri hazırladığını yazıb. Qəzet vəziyyəti Böyük Britaniyanın Baş naziri Boris Consunun deyimi olan “Pis əlamət” başlığı ilə oxucularına çatdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR