Kolumbiyanın Konstitusiya məhkəməsi hamilə qadınlar barədə gözlənilməz qərar qəbul edib.
Metbuat.az xəbər verir ki, qərarə görə, qadınlar hamiləliyin 24-cü həftəsinə qədər uşaqdan imtina edə bilər. Qeyd edək ki, əvvəllər uşaqdan imtina edən qadınlar və bunu edən həkimlər məsuliyyətə cəlb edilirdi. Bundan sonra isə hamiləliyin 24-cü həftəsindən sonra uşaqdan imtina edənlər məsuliyyətə cəlb ediləcək. Məhkəmənin qərarına bir qrup qadın aksiya təşkil edərək, müsbət münasibət bildirib.