Çempionlar Liqası: Gecənin nəticələri - VİDEO

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsi davam edir.

Metbuat.az xəbər verir ki, 1/8 final mərhələsi çərçivəsində daha iki oyun baş tutub.

Belə ki, “Çelsi” “Lill”i qəbul edib. “Çelsi” 2:0 heaabı ilə qalib gələ bilib.

Gecənin digər qarşılaşmasında “Vilyarreal” və “Yuventus” üz-üzə gəlib. Avrokuboklarda ilk dəfə duelə çıxan komandalar 1:1 hesabı ilə oyunu başa vurublar.

Qeyd edək ki, 1/8 finalın ilk 4 görüşündə İngiltərənin "Mançester Siti" klubu Portuqaliyada "Sportinq"ə 5:0, PSJ Fransada İspaniya "Real Madrid"inə 1:0, İngiltərə "Liverpul"u İtaliyada "İnter"ə 2:0 hesabı ilə qalib gəlib, Almaniya "Bavariya"sı isə Avstriyada "Zaltsburq"la heç-heçə edib - 1:1.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR