Ötən gün 82 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb

Fevralın 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 82 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib. 82 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR