Türkiyə hərbi gəmilərinin Qara dənizə keçidini bağayıb? -

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə telefonla danışıb.Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenski "Twitter" paylaşımında qeyd edib:

"Dostum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına güclü dəstəkləri üçün təşəkkür edirəm. Rusiya hərbi gəmilərinin Qara dənizə daxil olmasının qadağan olunması və Ukraynaya verilən güclü hərbi və humanitar yardım bu gün çox önəmlidir. Ukrayna xalqı bunu heç zaman unutmayacaq".

Qeyd edək ki, Zelenskinin paylaşımı Qara dənizin Rusiya gəmilərinə bağlanması kimi qiymətləndirilib. Adını açıqlamayan türkiyəli rəsmilərdən biri isə hələlik belə qərar verilmədiyini bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR