Dünya bazarında neftin qiyməti artıb.

Metbuat.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 4,88% artaraq 1 barelə görə 110,10 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 4,97% artaraq 108,55 dollara çatıb.

Mənbə: Bloomberg