DİN yas mərasimləri təşkil edən şəxslərə xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi (DİN) qapalı məkanlarda yas mərasimləri təşkil edən şəxslərə xəbərdarlıq edib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev Metbuat.az-a bildirilib ki, koronavirus (COVID-19) infeksiyası ilə bağlı dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi qadağandır.

"Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı var. Hər kəsi qaydalara əməl etməyə çağırırıq", - o vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR