Qəbələdə faciəvi hadisə - 33 yaşlı kişi öldü

Qəbələdə 33 yaşlı kişi göldə boğularaq ölüb.

Hadisə rayonun Uludaş kəndində qeydə alınıb.

Belə ki, kəndin sakini, 1989-cu il təvəllüdlü Müşfiq Mirağa oğlu Mürsəliyev kənd ərazisində yerləşən göldən su götürmək istəyərkən yıxılıb. M.Mürsəliyev Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, 33 yaşlı M.Mürsəliyev Uludaş kəndi ərazisində yerləşən təsərrüfatların birində fəhlə kimi çalışırdı.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR