Zelenski qərb ölkələrinə qəzəbləndi: 13 gündür vəd verənlər hardasınız?

“13 gündür biz yalnız vədlər eşidirik və 13 gündür deyirlər ki, havadan yardım edəcəyik, təyyarələr olacaq. Dünya Ukrayna müharibəsinə biganə qalsa özü də itirəcək”.

Metbuat.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, Ukrayna ordusu rus qüvvələrə ciddi zərbə vurub və Rusiya son 30 ildə 13 gün ərzində Ukraynada itirdiyi qədər aviasiya texnikası itirməyib:

“Hava hücumları nəticəsində həlak olanlara görə, Rusiya məsuliyyət daşıyır. Həmçinin Qərbdə kabinetlərdə oturub Ukrayna səmasının təhlükəsizliyi ilə bağlı qərar verməyənlər məsuliyyət daşıyırlar”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR