Azərbaycana gəlmək istəyən “arzuolunmaz şəxslərin” sayı açıqlanıb

Ötən il dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan 3211 nəfər barəsində müvafiq qərarlar verilib.

Metbuat.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci illə bağlı hesabatında qeyd olunub.

Bildirilib ki, xaric olunma faktları ilə bağlı 244 nəfər, ekstradisiya faktları ilə bağlı 62 nəfər qeydə alınıb.

Xarici ölkələrdən Azərbaycana gəlmək istəyən 5 nəfər “arzuolunmaz şəxs” qismində saxlanılaraq geri qaytarılıb.

Hesabat dövründə ölkədən çıxışa dair məlumat olmadığı üçün 231 nəfər və digər səbəblərdən 7 nəfər şübhəli şəxs qismində saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR