Tanınmış jurnalist REAL FM radiosuna direktor təyin olundu

Tanınmış jurnalist Kəmalə Onur REAL FM radiosuna direktor təyin olunub.

Metbuat.az-ın məlumatına görə, bu barədə o, özünün feysbuk səhifəsində məlumat paylaşıb.

K.Onur qeyd edib ki, ən yaxın zamanda yayıma başlayacaq REAL FM-in direktoru vəzifəsinə təyin edilib: "Həmçinin artıq gələn həftədən etibarən REAL TV-də "Redaktor" verilişinin aparıcısı olaraq efirə çıxacağam".

Qeyd edək ki, tanınmış aparıcı bundan əvvəl isə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi vəzifəsində işləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR