Dövlət İmtahan Mərkəzi tərəfindən martın 13-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı başa çatıb.

DİM-dən Metbuat.az-a verilən məlumata görə, martın 14-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin aprelin 8‑dək elan olunması nəzərdə tutulur.