İsmayıllıda yol polisi reyd keçirdi, 23 sürücü cərimələndi

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri növbəti reyd zamanı dayanma-durma qaydalarını pozan 23 sürücü barəsində inzibati protokol tərtib olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, şəhər ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində hərəkətin intensiv olduğu ərazilərdə, dayanma-durmanın qadağan edildiyi yollarda nəqliyyat vasitələrini park edən sürücülər aşkarlanıb.

Onlarla profilaktik söhbətlər aparıldıqdan sonra barələrində inizbati tənbeh tədbirləri görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR