Ukraynada öldürülən azərbaycanlılar sabah dəfn olunacaqlar -

Fevral ayının 27-i Ukraynadan Moldovaya keçmək istəyən zaman qətlə yetirilən soydaşlarımızın nəşi vətənə gətirilib və sabah Göygöl rayonunda dəfn olunacaqlar.

Bu barədə Metbuat.az-ın yerli bürosuna dünyasını dəyişən şəxsin qardaşı Qaçay İsmayılova məlumat verib.

" Yaxınlarımızın nəşi artıq Azərbaycana gətirilib. Sabah səhər saatlarında Gəncəyə çatacaq. Göygöl rayonunda Murovdağ qəbristanlığında dəfn edəcəyik"- deyə Q.İsmayılov bildirib.

Xatırladaq ki, 27-i ferval tarixində qohumluq əlaqələri olan 40 nəfərdən artıq həmyerlilərimiz Odessa vilayətindən Moldova istiqamətinə şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan zaman Kuçurqan sərhəd keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Azər İsmayılov hadisə yerində, 25 yaşlı Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib. Həmin şəxslər əslən Kəlbəcər rayonundandırlar və Gəncə şəhərində məskunlaşıblar.






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR