İçərişəhərdə Novruz bayramı tədbiri keçiriləcək

Martın 19-da İçərişəhər ərazisində təntənəli Novruz bayramı tədbirləri keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, açılış saat 17.00-da canlı musiqilər, alov şousu ilə başlayacaq:

"Saat 19:30-da ənənəvi bayram tonqalı qalanacaq. Daha sonra bayram şənliyi yallı rəqsi, canlı musiqi nömrələri ilə davam edəcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR