Avropa Liqasında 1/4 və yarımfinal cütlükləri bəlli oldu

Bu gün UEFA Avropa Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılacaq.

Metbuat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticələrini təqdim:

Avropa Liqası

1/4 final

Layptsiq - Atalanta
Ayntraxt - Barselona
Vest Hem - Lion
Braqa - Reyncers

Yarımfinalda 1-ci cütün qalibi 4-cü cütün qalibi ilə, 2-ci cütün qalibi isə 3-cü cütün qalibi ilə üzləşəcək.

Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Roman Sançes-Pisxuan" stadionunda oynanılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR