İrandan 13 kq-dan çox narkotik gətirmək istədi -

Martın 20-də saat 05:35 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində ölkə ərazisinə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd göstərən 1 nəfər saxlanılıb.

“Qafqazinfo” DSX-yə istinadən xəbər verir ki, onun Biləsuvar şəhər sakini, 1979-cu il təvəllüdlü İsgəndərov Razi Əlipaşa oğlu olması müəyyənləşdirilib. Əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 13 kiloqram 680 qram narkotik vasitəyə (8 kiloqram 800 qram “marixuana”, 2 kiloqram 840 qram “tiryək”, 1 kiloqram “heroin”, 1 kiloqram 40 qram “metamfetamin”) bənzər maddələr aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR