Cəlilabad rayonunun Kövüzbulaq kəndində, içərisində vətəndaşların olduğu 5 ədəd minik avtomobilinin qarda bataraq qalıb.

Metbuat.az xəbər verir ki, bununla bağlı kömək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Görülən tədbirlər nəticəsində avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.