Azərbaycan elminə

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Pərvin Əhməd qızı Həsənova 83 yaşında vəfat edib.

Metbuat.az-ın məlumata görə, Pərvin Həsənova 1963-cü ildə BDU-nun Kitabxanaçılıq fakültəsini bitirib. 1966-75-ci illərdə BDU-nun Elmi Kitabxananasında şöbə müdiri olub.

1975-78-ci illərdə BDU-nun Estetika və etika kafedrasında aspiranturanın əyani şöbəsində oxuyub. 1978-81-ci illərdə həmin kafedrada baş laborant işləyib.

1986-cı ildə “Sosializm-realizm incəsənətində xəlqilik və partiyalılıq problemi” / Azərbaycan incəsənəti materialları əsasında / mövzusunda dissertasiya işi müdafiə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR