Azərbaycanda dəm qazı FACİƏSİ:

Gəncə şəhərində bir ailənin beş üzvü dəm qazından zəhərlənib.

Metbuat.az xəbər verir ki, hadisə Gəncə şəhər 4-cü mikrorayon ərazisində qeydə alınıb.

1983-cü il təvəllüdlü T.Nuruşov, həyat yoldaşı 1993-cü ildə anadan olmuş A.Nuruşova, övladları - 2012-ci il təvəllüdlü M.Nuruşov, 2010-cu ildə anadan olmuş A.Nuruşova və uşaqların nənəsi 1966-cı il təvəllüdlü X.Nuruşova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR