Müəllim idman zalında vəfat etdi

Biləsuvarda müəllim trenajor zalında vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Bilesuvarinfo saytı məlumat yayıb. Belə ki, idman zalına məşqə gələn Biləsuvar şəhər sakini Əhmədov Azər Həsən oğlu trenajorda məşq edərkən qəfildən dünyasını dəyişib. Onun ürəktutmasıdan vəfat etdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 1973-cü il təvəllüdlü Azər Əhmədov gənc yaşlarından karate idman növü ilə məşğul olub. Bir neçə dəfə Respublika üzrə çempion olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR