Azərbaycan millisi Avropada 4-cü oldu

Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatı başa çatıb.

Metbuat.az-ın məlumatına görə, 11 gün davam edən yarışın yekununa əsasən medal əldə edən ölkələrin siyahısı açıqlanıb. Avropa çempionatında 13 çəkidən 7-də təmsil olunan yığmamız 4 medala yiyələnib. Hesabına 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazan komandamız medal sıralamasına görə qitə birinciliyini 4-cü pillədə başa vurub. Millimiz bu yerə Bolqarıstan və Gürcüstanla şərikdir.

Siyahıda birinci yeri İtaliya yığması tutub. İlk “üçlük”də Türkiyə və Ukrayna milliləri yer alıblar.

Qeyd edək ki, yığmamızın heyətində Nicat Hüseynov (51 kq) qızıl, Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) bürünc medal qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR