Ərəb koalisiyası əməliyyata başladı -

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası neft obyektlərinə edilən hücumları zərərsizləşdirmək üçün əməliyyata başladığını elan edib .

Metbuat.az xəbər verir ki, bəyanatda qeyd edilir ki, koalisiyanın məqsədi qlobal enerji mənbələrini hücumlardan qorumaq və təchizat zəncirlərinin təhlükəsizliyini qorumaqdır.

"Neft obyektlərinə edilən hücumları və ya enerji təhlükəsizliyini qorumaq üçün cavab əməliyyatı başlayıb", - koalisiyanın bəyanatında deyilir.

Qeyd edək ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi Ciddənin şimalında neftpaylayıcı stansiyanın raket mərmisi ilə hücuma məruz qaldığını, Cizan rayonundakı Əl-Muxtara elektrik stansiyasının isə atəşə tutulduğunu təsdiqləmişdi. Bu hadisədən sonra yeni hücumlara görə məsuliyyəti Yəmən husi üsyançıları üzərinə götürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR