Azərbaycan ictimaiyyətinə

Azərbaycanın tanınmış inşaatçısı, “Əmək” ordeni və “Tərəqqi” medalına laqyiqli görülmüş, beynəlxalq “Sokrat” mükafatı laureatı Şakir Həsənov vəfat edib.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, o, 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Şakir Həsənov 1947-ci ildə Masallı rayonunun Borodigah kəndində anadan olub.

İxtisasca inşaatçı olan Ş.Həsənov fəaliyyətini elə bu sahədə də davam etdirib.

O, ölkə ərazisində bir sıra dövlət əhəmiyyətli obyektlərin tikinti işlərinə rəhbərlik edib.

1990-1995-ci illərdə isə Sumqayıt şəhər Sovetinin deputatı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR