Vaksinasiya olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 10 095 vaksin vurulub.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 602, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 279, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7 607, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 607 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 405 920, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 321 389, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 818 792, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 039 383, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 226 356 nəfər təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR