Azərbaycan Yüksək Liqasında növbəti turların proqramı açıqlanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib.

Federasiyanın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, III dövrədə keçiriləcək XIV turun matçları martın 29-da təşkil olunacaq.

Günün ilk qarşılaşmasında saat 15:00-da MOİK – “Murov”la üz-üzə gələcək, ardınca saat 17:00-da isə “Sərhədçi” – “Ekspress” matçına start veriləcək.

Görüşlər “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR