Azərbaycan millisi Latviya ilə keçirilən yoldaşlıq oyununda azlıqda qalıb.

Metbuat.az xəbər verir ki, Qara Qarayev 30-cu dəqiqədə rəqibə qarşı kobudluq etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

30 yaşlı yarımmüdafiəçi qapıçı Səlahət Ağayevlə təkbətək qalan Vladislav Qutkovskini yıxıb.

Qeyd edək ki, hələlik görüşdə hesab açılmayıb.