Fərrux kəndində insan qalıqları aşkarlandı

Xocalı rayonunun Fərrux kəndində insan qalıqları aşkarlanıb.

Metbuat.az APA-ya istindən xəbər verir ki, Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edilib.

Qalıqların 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda törətdiyi soyqırımından qaçmaq istəyərkən qətlə yetirilmiş şəxs və ya şəxslərə aid olduğu ehtimal edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR