Rusiyanın Ukraynadakı "məğlubiyyəti" Çin ordusunu hərəkətə keçirdi -

“Çin Rusiyanın Ukraynadakı ciddi itkilərindən sonra Tayvanda keçirmək istədiyi hərbi əməliyyatları təxirə salıb”.

Metbuat.az xəbər verir ki, bu barədə Tayvanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Çen Ming-tonq açıqlama verib. İddialara görə, Çin Rusiya ordusundakı nöqsanları təhlil edərək, öz ordusunu gücləndirməyə çalışır. Çen Ming-tonqun sözlərinə görə, Çin 2026-cı ilə qədər Tayvana hərbi müdaxilə etməyəcək.

Qeyd edək ki, bundan əvvəl Tayvan tərəfi Çinin 2025-ci ilə qədər müdaxilə edəcəyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR