Aprel döyüşlərində şəhid olan pilotlar anılıb -

Aprelin 2-də Aprel döyüşləri zamanı qoşunların təmas xəttində Ermənistan silahlı bölmələrinin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olan pilotlar - mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkir İsmayılovun anım günü münasibətilə tədbir keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, ikinci Şəhidlər xiyabanında keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri və döyüş yoldaşları onların məzarlarını ziyarət edərək önünə əklil və gül dəstləri düzüblər, xatirələrini yad ediblər.

Əvvəlcə xalqımızın ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə çıxış edənlər şəhidlərimizin şərəfli həyat və xidmət yolundan, onların vətənpərvərliyindən, 2016-cı ilin Aprel döyüşlərində, eləcə də Vətən müharibəsində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qəhrəmanlıqlarından, tarixi torpaqlarımızın düşmən işğalından azad olunmasından danışıblar.

Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə Dövlətimizin Başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildiriblər.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR